"Sumqayıt"ın və millimizin sabiq futbolçusu Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, 27 yaşlı müdafiəçi "İnqulets"lə bir illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Dmitri Nağıyev 2021-ci ilin yanvarından "gənclik şəhəri" təmsilçisinin formasını geyinib. Oyunçu 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib. Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.
Səbuhi Həsənov
Şərhlər