Xəbər lenti

İdman 11:40 30.08.2023

Millimizin üzvləri ən yaxşı 100 gənc futbolçu siyahısında

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın ən güclü beş çempionatında oynamağa hazır olan futbolçuların siyahısını hazırlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, siyahıda 100 futbolçu yer alıb. Millimizin iki üzvü Yusif İmanovla Musa Qurbanlı da performansına görə ilk "100-lüy"ə düşüb. "Sabah"ın və millimizin qapıçısı İmanov 49,5 balla 55-ci yerə layiq görülüb. Hazırda İsveç klubu "Yurqorden"də çıxış edən Qurbanlı isə 46 xalla dəyərləndirilib. Hücumçumuz 88-ci pillədə qərarlaşıb. 

Siyahıya "Benfika"nın qapıçısı Antonio Silva rəhbərlik edir. 19 yaşlı qolkiper 75,9 xal toplayıb. İkinci pillədə Donetsk "Şaxtyor"unun üzvü Georgi Sudakov (64.6 xal) yer alıb. İlk "3-lüy"ü isə 64.6 xalla Braziliya klubu "Sao-Paulo"nun mərkəz yarımmüdafiəçisi Pablo Maya qapayır.
 

 
Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->