Xəbər lenti

Milliyet: Türkiyə Rusiyadan Su-57-lərin alınması ilə bağlı ABŞ-a ultimatum verdi
Dünya14:42 11.04.2022

Milliyet: Türkiyə Rusiyadan Su-57-lərin alınması ilə bağlı ABŞ-a ultimatum verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə ABŞ-a xəbərdarlıq edib ki, Vaşinqton F-16 qırıcılarını satmaqdan imtina edərsə, Rusiyanın Su-57 təyyarələrini alacaq.
Qaynarinfo Rosbalt.ru-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet” qəzeti yazıb.
KİV-in məlumatına görə, Türkiyə ABŞ-dan 40 ədəd F-16 Block 70 döyüş təyyarəsi və artıq Türkiyədə xidmətdə olan F-16-lar üçün 80 ədəd Block 70 təkmilləşdirmə dəsti tələb edib.
Əgər müqavilə olmasa, o zaman alternativ variantların axtarışına başlanılacaq, - Türkiyə rəsmiləri xəbərdarlıq edib. Qəzet qeyd edir ki, Ankara qırıcı təyyarələrin tədarükü ilə bağlı Moskva ilə əməkdaşlıq edə bilər.
Bundan əvvəl Türkiyə Qərbdən F-35 qırıcıları və Patriot kompleksləri tələb etməklə yanaşı, Rusiyadan Su-35 və Su-57 qırıcılarının alınmasına artıq icazə verib.
Alpər