ABŞ-ın Florida ştatı bu həftə gözlənilən növbəti qasırğanın - "Milton"un yaxınlaşması səbəbindən 6 milyon insanın mümkün təxliyəsinə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” məlumat
yayıb.
Qubernator Ron DeSantis bazar günü jurnalistlərə bildirib ki, ştat rəsmiləri Florida ştatını 10 gün əvvəl vuran "Helen” qasırğasının nəticələri ilə mübarizəni davam etdirir və artıq başqa fövqəladə vəziyyətə hazırlaşır.
Milli Meteoroloji Xidmət, "Milton" tropik qasırğasının həftə ortasına qədər Meksika körfəzindən ABŞ-a yaxınlaşacağını və potensial olaraq sahil daşqınlarına səbəb olacağını proqnozlaşdırır.
Florida Fövqəladə Hallar Departamentinin direktoru Kevin Qatri qeyd edib ki, yaxın bir neçə gün ərzində təxminən 6 milyon insan təxliyə edilə bilər.
Bununla da, "Milton" qasırğası iki həftə ərzində Floridanı vuran ikinci qasırğa ola bilər. Əvvəlki 225 km/saat sürətlə sahilə çatan "Helen” qasırğası Corciya, Şimali Karolina, Tennessi və Virciniya şəhərlərinə ciddi ziyan vurub.
Nizami Bağırov
Şərhlər