Xəbər lenti

Milyarder Ağaoğlu kasıblara lağ elədi - VİDEO
Dünya06:03 24.03.2016

Milyarder Ağaoğlu kasıblara lağ elədi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İş adamı Ali Ağaoğlu növbəti dəfə danışığı ilə sosial mediada insanların qəzəbinə səbəb olub.

Qaynar.info-nun axşam.az-a itinadən məlumatına görə, mətbuat konfransında o, bir neçə gün əvvəl terror baş verən Taksim meydanında olduğunu danışıb. Ağaoğlu hadisəni danışarkən etdiyi zarafatla gündəmə düşüb:

"Ortancıl xanımımı, oğlumu da götürüb İstiklal küçəsinə getdim. Çoxdandır ora gəlmirdim. Həm də nostalji oldu... Hadisənin olduğu yerə getdim. Millət kasıbdır, ora qərənfil qoyurdu, mən isə gül qoydum".

Bunun ardınca gülən milyonçunun dedikləri internetdə yayılaraq müzakirələrə və kəskin tənqidlərə səbəb olub.

Qaynar.info