Xəbər lenti

Milyarder görüşünü hərraca çıxardı
Dünya19:03 07.06.2014

Milyarder görüşünü hərraca çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı investor-milyarder Uorren Baffetlə birlikdə nahar eləmək hüququ “eBay” internet-hərracında bu il $ 2,17 milyon dollara satılıb. 

Anspress-in məlumatına görə, qalib “EMES” şirkətindən olan Sinqapur sakini Endi Çua olub. 

“eBay» bildirib ki, dünya maliyyəsinin 83 yaşlı əfsanəsi ilə birlikdə nahar eləmək üzrə keçirilən hərrac 2 milyon 166 min 766 dollar həddində başa çatdı. 5 sutka davam edən hərraca ümumilikdə 121 ərizə verilmişdi. 

Keçən il Baffetlə nahar 1 milyon dollara başa gəlmişdi. Rekord qiymət isə 2012-ci ildə qeydə alınıb - 3 milyon 456 min 789 min olmuşdu, alıcı gizli qalmışdı.

Uorren Baffet “Forbes”in milyarderlər reytinqində üçüncü yeri tutur. O, planetin ən nüfuzlu şəxsləri sıransında isə 13-cü yerdədir. Aprelin 30-na onun var-dövləti 65,9 milyard dollar qiymətləndirilib. 

Qaynar.info