Xəbər lenti

Milyarder mühəndisdən xəbərdarlıq: Süni intellekt Şimali Koreyadan daha təhlükəlidir
Dünya13:03 14.08.2017

Milyarder mühəndisdən xəbərdarlıq: Süni intellekt Şimali Koreyadan daha təhlükəlidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı mühəndis Elon Mask insanların robotların dünyanı ələ keçirməsi fikri ilə çox maraqlandığını və Marsda koloniya quran ilk insan olmağı ümid etdiyini deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin dünyanı təhdid etdiyi bir dövrdə amerikalı mühəndis süni intellektin bu ölkədən daha təhlükəli olduğunu qeyd edib. 

Mask bildirib ki, "Heç kim idarə edilməyi sevmir, amma hər şey (yeməklər, avtomobillər, dərmanlar və s.) insanı nizama salan təhlükələrdir, həmçinin süni intellekt də".

Qeyd edək ki, mühəndis keçmişdə də süni intellektin olmadığı bir sistem ideyası irəli sürmüş, robotlar insanları öldürməyə başlayana qədər bu təhlükənin anlaşılmayacağını iddia etmişdi.

Gülşən

Qaynarinfo.Az