
Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi, vəliəhd Əl-Vəlid bin Tallal bin-Əbdüləziz əl-Səud əlində təsbeh Türkiyənin Bodrum şəhərinin küçələrində 40 mühafizəçisi ilə birlikdə gəzib, ancaq onu heç kim tanımayıb.
“Qaynarinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onu Türkiyə hökumətinin müşaviri Taha Gənc müşaiyət edib.
Şahzadə yay tətilini ailəsi ilə birlikdə Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində keçirir.
Məlumata görə, onlar özləri ilə 300 çemadan və 30 velosiped gətiriblər. Şahzadə Bodrumdakı kafelərdən birini 2 saata yaxın bağlatdıraraq, ailəsi və yaxın dostları ilə birlikdə yemək yeyib, söhbət edib.
Qeyd edək ki, Tallal bin-Əbdüləziz əl-Səudun 32 milyard dollarlıq sərvəti var.
Qaynarinfo.Az






