Xəbər lenti

Milyarder Şri-Lanka terrorunda 3 övladını itirdi (FOTO)
Dünya09:40 22.04.2019

Milyarder Şri-Lanka terrorunda 3 övladını itirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Danimarkalı milyarder Anders Holch Povlsenin 4 övladından 3-ü ötən gün Şri-Lankada törədilən teraktlarda qətlə yetirilib.
Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, bu barədə Povlsenin sözçüsü məlumat verib və Anders Holch Povlsenin ilə həyat yoldaşı Anne Storm Pedersenin 3 övladının həlak olduğunu açıqlayıb. 
Anders Holch Povlsen "Asos" onlayn satış saytının ən böyük səhmdarı, Almaniyanın "Zalando" firmasının ən böyük 2-ci səhmdarıdır.
Qeyd edək ki, ötən gün Şri-Lankada kilsə və dəbdəbəli hotellərdə 7 partlayış baş verib. Hadisədə 290 nəfər öldürülüb, 500 nəfər yaralanıb.
Gülşən