Xəbər lenti

Milyarderin keçmiş arvadı: "Blerin budlarına vuruldum"
Dünya07:48 07.02.2014

Milyarderin keçmiş arvadı: "Blerin budlarına vuruldum"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Vanity Fair" jurnalı media nəhəngi Rupert Murdoxun keçmiş həyat yoldaşı Vendi Denqin İngiltərənin keçmiş baş naziri Toni Blerlə bağlı yazdığı qeydləri ələ keçirdiyini bildirib.

Qaynar.info
xəbər verir ki, ingilis dilində yazılmış qeydlərdə çin əsilli qadın Bleri çox bəyəndiyini yazıb: "Lənət olsun, niyə Tonidən ötrü bu qədər darıxıram? Çünki o çox cazibədar və geyimləri çox gözəldir. Onun çox yaxşı bədəni, ayaqları və budları var. Mavi gözlərini də çox sevirəm. Və o, səhnəyə çıxanda çox güclü görünür".

Murdoxa yaxın adamlara və ailədə işləyən xidmətçilərə istinadən verilən məlumatda Denqin ərinin yaxın dostu olan Bleri 2012-ci ildə Kaliforniyadakı evlərinə dəvət etdiyi bildirilib. Hətta Blerin Denqin hərəkətlərindən narahat olub evin işçilərindən, Rupert Murdoxun nə vaxt evə gələcəyini, "Sabah gecə" cavabını aldıqdan sonra narahat olduğu iddia olunur.

Sonralar cütlüyün birlikdə olduqları da qeyd olunur.

Qaynar.info