
"Formula1" yarışlarının sahibi, məşhur milyarder Berni Ekklstounun qızı Petranın evini soyublar.
Qaynar.info xəbər verir ki, Petra Ekklstoun Londondakı evini 32 milyon dollara satışa çıxarıb.
Evi almağa gələn və özünü qazax milyonçusu kimi təqdim edən Oleq adlı şəxs evdən 500 min funtluq zinət əşyası oğurlayıb.
Həmin vaxt evdə Petranın yanında bacısı Tamara da olub. Evdəki otaqlara baxmaq istəyən şəxs Petranın brilliantlarını saxladığı yataq otağına da baş çəkib.
Oleqin getməsindən sonra Petra evdən brilliantlarının yoxa çıxdığını görüb.
Qaynar.info