Xəbər lenti

Milyarderin xanımı saray tikdirir
Dünya09:55 27.09.2013

Milyarderin xanımı saray tikdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı multimilyarder, 78 yaşlı Devid Zigel özünə yeni malikanə tikdirir.

Media və tikinti ekspertlərinin "Versal Sarayı" adlandırdıqları bu malikanə əslində saray boydadır.
 
Milli.Az CNBC-yə istinadən bildirir ki, 78 yaşlı Devid Zigelin dediyinə görə, tikintisi təqribən 100 milyon dollara başa gəlmiş malikanənin "layihə müəllifi" arvadı, 48 yaşlı Cekidir.
 
Sabiq gözəllik kraliçası olan Ceki isə bildirib ki, uşaqlıq illərindən bəri Fransa krallarının Versal sarayı kimi evdə yaşamaq istəyib.
"İndi arzumu gerçəkləşdirirəm. Malikanə böyük, çox böyük alındı. Tikinti hələ başa çatmasa da, möhtəşəm bina oldu. Çox sevinirəm belə ailə yuvamın olmasına", - Ceki Zigel deyib.
 
"Versal sarayı" adlanan malikanənin ümumi yaşam sahəsi 8361,2 m2-dir.
Ceki Zigelin sözlərinə görə, malikanə o qədər böyükdür ki, yataq otaqları olan fligeldən qonaq otaqları olan hissəyə getmək üçün seqveydən istifadə etmək gərəkdir: "Yoxsa adam yorular. Dəhlizlər uzun, otaqlar böyükdür. Yorulmamaq üçün ya gərək malikanənin dəhlizlərində kiçik maşın sürəsən, ya da seqveylə hərəkət edəsən".
 
Florida ştatındakı Uiendermir şəhərində inşa edilən "Versal sarayı" adlanan malikanədə 13 yataq otağı, 11 mətbəx, 30 vanna otağı var.

Nəhəng malikanənin inşasının 2015-ci ildə başa çatması gözlənilir.
8 övlad anası Ceki Zigel malikanənin inşasının başa çatacağı günü səbirsizliklə gözlədiyini deyib.

Qaynar.info