Xəbər lenti

Milyarderlərin döyüşü: Zukerberq Maska döyüş tarixi təklif etdi
Dünya08:58 07.08.2023

Milyarderlərin döyüşü: Zukerberq Maska döyüş tarixi təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq SpaceX-in yaradıcısı və Twitter-in sahibi İlon Maska döyüş tarixini təklif edib.
Qaynarinfo xəbər verir ki, Zukerberq Threads sosial şəbəkəsində Maskı avqustun 26-da döyüşə dəvət edib və onun hələ də rəqibindən cavab almadığını qeyd edib.
"Mən bu gün də hazıram. O, məni döüyşə çağıranda avqustun 26-nı təklif etdim, lakin ondan heç bir təsdiq gəlmədi”, – Zukerberq yazıb.
Qeyd edək ki, Mask Meta-nın Twitter sosial şəbəkəsinə rəqib hazırladığı məlum olduqdan sonra Zukerberqi döyüşə çağırıb.
Maskın anası Mey Mask ona Zukerberqlə qəfəsdə döyüşməyi qadağan edib, lakin o, anasının sözünə qulaq asmayıb və döyüşə hazırlaşmağa başlayıb.
Mask bu yaxınlarda keçmiş UFC çempionu Jorj Sen-Pyerlə, Zukerberq isə UFC çempionları İsrael Adesanya və Aleksandr Volkanovski ilə məşq edib.
UFC prezidenti Den Uayt Mask-Zuckerberg döyüşünün bir milyard dollar gəlir gətirə biləcəyini söyləyib.
Nizami Bağırov