Xəbər lenti

Milyonçunun xüsusi sifarişi ilə hazırlanmış Mercedes (FOTO)
Dünya10:51 02.01.2019

Milyonçunun xüsusi sifarişi ilə hazırlanmış Mercedes (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika Birləşmiş Ştatlarının Corcia ştatının Atalanta şəhərində yaşayan Lil Baby adlı 23 yaşlı reper, onun sifarişi ilə hazırlanmış Mercedes-Benz G550 4X4² ofrouderini nümayiş etdirib.
Qaynarinfo fins.az-a istinadla xəbər verir ki, bir sıra məşhurlar kimi Dominik Cons (reperin əsl adı belədir) da bahalı avtomobillərə sahibdir. Onun qarajında Dodge Challenger SRT Hellcat və Rolls-Royce Wraith kimi avtomobillər də vardır Lakin, reperin əsas qürur mənbəyi onun Mercedes-Benz G550 4X4² ofrouderidir. Bu barədə Autograph məlumat yayıb.
Avtomobilin ən cəlbedici xüsusiyyətlərindən biri onun 24-düymlük Forgiato Gambe diskləridir. Six 10 Motoring komandası tərəfindən təkmilləşdirilmiş ofrouder 37 düymlük şinlər ilə təchiz edilibdir.