Xəbər lenti

Milyoner caninin evindən 18 silah, minlərlə partlayıcı və mərmi çıxdı (FOTOLAR)
Dünya09:17 04.10.2017

Milyoner caninin evindən 18 silah, minlərlə partlayıcı və mərmi çıxdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Las Veqasda "Route 91 Harvest" adlı müsiqi festivalı çərçivəsində keçirilən konsertin iştirakçılarının atəşə tutulması nəticəsində 59 nəfər həlak oldu, 517 nəfər yaralandı. Xüsüsi təyinatlı polis dəstəsinin əməliyyata başladığını görə terrorçu Stepan Paddok özünü vuraraq intihar etdi.

"Qaynarinfo" xəbər verir ki, Stepan Paddokun Las Veqasdan 130 km aralıdakı Mesquite adlı bölgədə yerləşən evindən 18 silah, minlərlə mərmi, "Tannerit" adlı partlayıcı və bomba hazırlanmasında istifadə edilən amonium nitrat maddəsi çıxıb.

Məlum olub ki, 59 nəfərin ölümünə, 517 nəfərin yaralanmasına səbəb olan cani multi-milyarder olub. Bu barədə məlumatı onun qardaşı Erik Paddok verib. Erik bildirib ki, Stepan əmlak sektoruna yatırım edən multi-milyarder imiş. O, qardaşının son dönəmlər maliyyə sıçıntısı yaşaması ilə bağlı məlumatının olmadığını və onun niyə belə bir hərəkət etdiyini bilmədiyini deyib. O, həmçinin qeyd edib ki, Stapetanın hər hansı siyasi və dini təşkilatla əlaqəsi olmayıb.

Onların atası, bir neçə il əvvəl vəfat edən Benjamin Hoskinsin 1969-1977-ci illərdə Federal Təhqiqat Bürosunun (FTB) "ən çox axtarılanlar siyahısı"nda olduğu ortaya çıxıb.

Stepan Paddokun 64 yaşlı ABŞ vətəndaşı olduğu bildirilir və hücumu təkbaşına düzənlədiyi ehtimal olunur. Onunla birlikdə olduğu düşünülən Avstraliya vətəndaşı olan Asiya mənşəli bir qadın istintaqa cəlb olunub. Lakin qadının Paddokla əlaqəsinin olmadığı müəyyənləşib.

Tədaüdə çıxmış mühasib olan Stepanın pilot və ovçu lisenziyası olub, indiyədək hər hansı cinayətə adı qarışmayıb. Rəsmi məlumatlara görə, onun əvvəllər psixoloji problemlər yaşadığını göstərən sənədlər tapılıb. 

Caninin evi

Aydın

Qaynarinfo.Az