
Amerika Birləşmiş Ştatlarının Florida ştatında ağlagəlməz hadisə baş verib.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, Floridada yaşayan 68 yaşlı milyoner özündən 44 yaş kiçik qadınla evlənib. Bir müddət sonra ailə şəkillərinə baxarkən 24 yaşlı həyat yoldaşının onun nəvəsi olduğu ortaya çıxıb. 24 yaşlı qız milyonerin ilk arvadından olan övladının qızı olub.
Məlumatda qeyd olunur ki, 2009-cu ildə maddi sıxıntılara görə ikinci evliliyi də dağılan bu şəxs iki il sonra böyük mükafat qazanaraq milyoner olub.
Qaynarinfo.Az