Ölkə 13:28 27.05.2022

Minaya düşmüş şəxsə əlillik artıq terror səbəbindən veriləcək

Terror səbəbindən zərərçəkmiş şəxslərlə bağlı yeni əlillik səbəbi müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.
 
O bildirib ki, müstəqillik dövründə terrorda zərərçəkmiş şəxslərin siyahısı müvafiq qurumlarla birgə müəyyənləşdirilib:

"İşğaldan azad olunmuş ərazilərdə minaya düşmüş şəxsə əlillik əvvəl ümumi səbəbdən verilirdi. Lakin bundan sonra terror səbəbindən veriləcək".