Xəbər lenti

Mingəçevirdə qəzaya düşən uşaq Bakıya göndərildi
Ölkə06:46 25.05.2020

Mingəçevirdə qəzaya düşən uşaq Bakıya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım. Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim. 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
"Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk", - A.Mirzəzadə əlavə edib.