Xəbər lenti

Mingəçevirdə yataqxanada yanğın: 7 nəfər xilas, 17 nəfər təxliyə edildi
Ölkə05:18 04.01.2018

Mingəçevirdə yataqxanada yanğın: 7 nəfər xilas, 17 nəfər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.