Xəbər lenti

Miniatür evlərə maraq artır (FOTOLAR)
Dünya14:46 03.03.2019

Miniatür evlərə maraq artır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın böyük şəhərilərin və şəhərətrafında miniatür tipli evlərə maraq getdikcə artır.
Qaynarinfo xarici mətbuata istinadən ağıllı şəkildə inşa edilmiş və insan beynində nağıl təəssüratı yaradacaq evlərdən bəzilərini sizlərə təqdim edir:
Bilbordu üstündə tikilmiş iki otaqlı ev yaşamaq üçün mükəmməl yer ola bilər. Misal üçün bura evsizlər üçün sığınacaq rolunu oynaya bilər. Sözügedən layihə "Commercial Architects California Architecture Studio"ya təqdim olunub.
Ötən əsrin sonlarında ABŞ-da ev funksiyasını yerinə yetirən mikroavtobus var idi. Avtomobilə qoşulan kənd evi layihəsi isə Cenna və Quillaume cütlüyünə aiddir.
Tokio xüsusi bir yeri olmasını sevənlər üçün uyğun şəhər deyil. Çünki burada əhalinin sayının həddən artıq çox olması insanları ailələri ilə birgə kiçik evlərdə yaşamağa məcbur edir. Tokioda memar Yaşiro Yamaşita yer problemini həll edə biləcək ev layihəsi hazırlayıb. Bu miniatür evin forması sizə həm avtomobilinizi saxlamağa, həm də lazımlı əşyalarınızı yerləşdirməyə imkanı yaradır.
Bu kiçik ev Nyu-Yorkun balaca Katskil şəhərində inşa edilib. Evin dizaynı İngiltərənin Viktoriya dövrünü xatırladır. Layihə evdar qadın olan Sandra Foster tərəfindən hazırlanıb və inşa edilib.
"Ruh yuvası" adı verilən bu miniatür evi Bauhaus məktəbinin şagirdləri Mattihas Pruger və Manuel Rauvolf hazırlayıblar. Ev balaca olsa da, yaşamaq üçün kifayət qədər, bəlkə də daha yüksək şəraiti var. Məsələn, lazım olsa evin üstü bar piştaxtası kimi də açıla bilir.
Bu kiçik, amma eyvanı belə olan ev isə Foqo adasındakı Titlinq qəsəbəsində yerləşir.
Karet ev Varşavada dar küçələrin birində iki binanın arasında inşa edilib. Layihənin müəllifi belə balaca yerə yaşamaq üçün lazım olan hər şeyi yerləşdirməyi bacarıb.
Üzən ev görənləri heyrətləndirir. Buurada heç kim davamlı olaraq yaşamır. Lakin ev yay aylarında suda vaxt keçirmək üçün yüksək imkanlara sahibdir.
Evin belə sakit dayanmağına baxmayın. Bəzi vaxtlarda dalğaların hücumuna məruz qalır. Evin tikintisində istifadə olunan materiallar qayıqlarla gətirilib. Suyun içində olduğunu bilərək, başının üstündə tavan görmək bəlkə də maraqlı ola bilər.