Xəbər lenti

Minifutbol-2025: Azərbaycan millisi yarımfinal oyununa çıxır
İdman 08:47 30.05.2025

Minifutbol-2025: Azərbaycan millisi yarımfinal oyununa çıxır

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.

Qaynarinfo xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.

Görüş saat 20.00-da start götürəcək.

Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21.30-da başlayacaq.

Dünya çempionatı
Yarımfinal
30 may

20.00 Azərbaycan - Monteneqro
21.30 Macarıstan - Serbiya

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->