Xəbər lenti

Minik maşını çaya belə aşdı - VİDEO
Dünya05:35 24.06.2016

Minik maşını çaya belə aşdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda baş verən qəzanın video görüntüsü aşkarlanıb.
Rusiyanın paytaxtı Moskvada qeyri-adi yol qəzası baş verib. Hərəkətə yeni başlamış minik avtomobili ehtiyatsızlıq nəticəsində çaya aşıb. İyun ayının 20-si yaşanan qəzanın videosu üzə çıxıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlmata görə, hadisə bir neçə gün öncə Moskva şəhərinin Naqatino - Sadovniki adlanan rayonunda baş verib. Sahilyanı Naqatinsk küçəsi ilə T-şəkilli yolda hərəkətə yeni qoşulan "Audi" markalı minik maşını yolda hərəkətdə olan avtomobillə toqquşub.
Nəticədə zərbənin gücündən "Audi" aşaraq daş arakəsməni dağıdıb. Ardınca isə Moskva çayına düşüb. Hadisə yerinə təcili olaraq Rusiya Fövqəladə Hallar nazirliyinin əməkdaşları çağrılıb.
Xilasetmə əməliyyatlarından sonra sürücünü salamat suya düşmüş maşından çıxarmaq mümkün olub. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə olmadığı vurğulanıb.
Qaynarinfo.az