Dünya 21:02 29.06.2023

Minlərlə arı bir yerə toplaşdı, məşhur bar bağlandı (FOTOLAR)

Şotlandiyanln Qlazqo şəhərində məşhur bar arı sürüsü səbəbindən qeyri-müəyyən müddətə bağlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə LADBible yazıb.

Arılar barın girişi yaxınlığında toplaşaraq ziyarətçiləri qorxudub. Müəssisə əməkdaşlarının sözlərinə görə, arılar sözün əsl mənasında anidən peyda olublar. Onlar barın girişindəki zibil qabının və pilləkənlərin bir hissəsinin üstünü örtüblər. Bu səbəbdən həşəratlardan qorxan ziyarətçilər başqa yer seçdiyi üçün bar bağlanmalı olub.

"Bunun necə baş verdiyi barədə heç bir fikrim yoxdur. Sadəcə gəlib 10 dəqiqə ərzində bütün pilləkəni zəbt etdilər. Nəticədə, təhlükə yarandı və barı bağlanmalı olduq”, deyə bar meneceri bildirib.

Müəssisə sahibləri kömək üçün yerli administrasiyaya müraciət etsələr də, bir neçə gün bu müraciətə məhəl qoyulmayıb. Nəhayət, bir neçə arıçı müdirlə əlaqə saxlayıb, problemin həll edəcəyinə söz veriblər.

"Bəzi arıçılarla danışdıq, bizə dedilər ki, 24-48 saat gözləyək, bu yuva deyil, sadəcə arı sürüsüdür", deyə menecer əlavə edib.

Aydın