Xəbər lenti

Minlərlə etirazçı Xabarovsk hökumət binasını mühasirəyə aldı
Dünya06:54 29.08.2020

Minlərlə etirazçı Xabarovsk hökumət binasını mühasirəyə aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xabarovsk sakinləri yenidən Xabarovsk vilayətinin keçmiş qubernatoru Sergey Furqala dəstək mitinqində iştirak edib. 
Qaynarinfo Dvhab.ru portalına istinadla xəbər verir ki, insanlar yerli vaxtla təxminən saat 12:00-da Lenin meydanında toplaşaraq şəhərin mərkəzi küçələri ilə irəliləməyə başlayıblar.
Şahidlərin verdiyi məlumata görə, mitinqə minlərlə insan çıxıb. Etirazçılar "Repressiya rədd olsun", "Bizə Furqalı qaytarın" şüarları səsləndirirlər, ayrıca insanların həbsdə olan Furqala yazdığı məktubları və qeydləri ata biləcəyi xüsusi bir qutu gətiriblər.
Xatırladaq ki, qubernator Furqal 9 iyulda Xabarovskda tutularaq Moskvaya aparılıb və 2004-2005-ci illərdə Uzaq Şərqdə sahibkarların qətllərini təşkil etmək ittihamı ilə həbs olunub. Bir gün əvvəl LDPR lideri Vladimir Jirinovski ölkə prezidentindən Sergey Furqalın Xabarovskda ev dustaqlığına buraxılması imkanını nəzərdən keçirməsini xahiş etdiyini deyib. Furqalın yerinə göndərilən Mixail Degtyaryev bu yaxınlarda bölgəyə uzun müddətlik gəldiyini açıqlayıb.
Alpər