
Üç gündür pravoslav keşiş Qabriel atanın məzarını ziyarətə gələnlərin ardı-arası kəsilmir
Üç gündür ki, Gürcüstanda pravoslav keşiş Qabriel atanın məzarını ziyarətə gələnlərin ardı-arası kəsilmir.
ANS PRESS gürcü mətbuatına istinadən bildirir ki, iki gün öncə Gürcüstanda yayılan xəbərə görə, Qabriel atanın mənəvi qızı Paraskeva ana yuxuda görüb ki,
milad gecəsi Qabriel atanın məzarını ziyarət edənlərin iki arzusu çin çıxacaq. Bu da minlərlə insanın məzara doğru üz tutmasına səbəb olub.
Amma Paraskeva ana belə bir yuxu görmədiyini deyir.
Qabriel atanın məzarı Gürcüstanın qədim paytaxtı Msextadakı qadın monastrının ərazisində yerləşir.