Xəbər lenti

Minlərlə insan işsiz qaldı
Dünya14:00 21.09.2013

Minlərlə insan işsiz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadanın "Blackberry" şirkəti maliyyə itkiləri ilə əlaqədar olaraq cümə günü 4,5 min əməkdaşını ixtisar etmək qərarı haqqında bəyan edib.
Bəyanata əsasən, ikinci rübün yekununa görə zərərin həcmi 950-995 milyon dollar təşkil edəcək və şirkətin mobil aparatlarının zəif satışları buna səbəb göstərilir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Blackberry" şirkəti öz maliyyə durumunu düzəltməyi və bu ilin yanvarında satışa çıxarılmış yeni smartfon modellərinin köməkliyi ilə mövqeyini bərpa etməyi nəzərdə tuturdu. Lakin heç də gözlənildiyi kimi olmadı. İkinci rübdə 3,7 milyon aparat satılıb.
Ötən il "Blackberry" şirkəti artıq 5 min əməkdaşını ixtisar etmişdi.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərində şirkət tərəfindən istehsal edilən fiziki klaviaturaya malik, ani korporativ ünsiyyət funksiyasını dəstəkləyən smartfonlar ABŞ və başqa ölkələrdə geniş populyarlıq qazanıblar. Lakin bazara “iPhone” və “Android” platforması ilə işləyən  sensor qurğuların çıxarılması nəticəsində "Blackberry" şirkətinin payı kəskin azalmağa başlayıb.

Qaynar.info