Xəbər lenti

Minlərlə insanın qarışqa həyatı: içəri girən valeh olur (FOTOLAR)
Dünya11:11 26.01.2019

Minlərlə insanın qarışqa həyatı: içəri girən valeh olur (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın cəbundakı Adelaida şəhərinin 846 kilometr şimalında yerləşən Kuber Pedidə (Coober Pedy) minlərlə insan yer altında yaşayır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, torpağın altındakı oyuqlar sənət qalereyasından üzgüçülük hovuzuna qədər hər şey var. Bura həmçinin dünyanın opal mədəninin paytaxtı da hesab edilir. Belə ki, 1915-ci ildən bəri yer üzündəki ən dəyərli opal daşlarının bir çoxu burada istehsal olunub. Opal sayrışan rəngləri ilə kraliçaları belə valeh edən qiymətli daşlar hesab edilir.
Qiymətli daşları çıxarmaq üçün qəsəbənin hər yerində minlərlə quyu qazılıb. Aborigenlər (Avstraliyanın yerli əhalisi - red.) bu bölgəni "Kupa-piti" yəni "Ağ adamların oyuğu, su dəliyi" adlandırırlar.
Avstraliyanın Kuber Pedi qəsəbəsinin sakinləri təxminən 43 dərəcə istiliyə və quraqlığa dözə bilmədikləri üçün 1 əsrdir yerin altında yaşayırlar. Xaricdən baxanda birmərtəbəli görünən bu binaların sirri isə içərisində gizlənib. Qəsəbədə gündüz istilik bəzən 19 dərəcə olanda, gecə 1 dərəcəyə qədər düşə bilir. Bəzən mənfi temperatur da olur. Yay fəslində 40-70 dərəcə arası istiliyə rast gəlindiyi də söylənilir. Xüsusən yay aylarında burada yaşayanlar üçün həyat çox çətin olur.
Kuber Pedi sakinləri yerin altında 1500 ev inşa edərək, onları bir-birləri ilə əlaqələndiriblər. Şəhər əhalisinin 60 faizi bu evlərdə yaşayır. Toz tökülməməsi üçün mağara divarları cilalanıb. Bundan başqa qəsəbədə bir çox mağaza, kilsə, muzey və sənət qalereyaları var. Qış fəslində çöldə temperatur mənfi olanda, içəridə 20-22 dərəcə istilik olur. Bu aylar qəsəbə sakinlərinin ən sevdiyi vaxtlardır.
Qəsəbə turistlərin də tez-tez ziyarət etdiyi yerdir. Mağaranın divarlarında həqiqi opel daşları var. Bu səbəbdən iç memarlığı göz oxşayır. Həmçinin qəsəbə müasir həyat şərtlərinin demək olar ki, hamısına sahibdir.