Xəbər lenti

Minlərlə qadın kosmetikadan xəstələndi
Dünya16:17 03.09.2013

Minlərlə qadın kosmetikadan xəstələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Minlərlə adam dərinin ağardılması üçün istifadə olunan yapon "Kanebo" firmasının məhsullarından zərər görüblər. Şirkət özü şikayətlərə baxıldığını bildirib. Bu arada 8,6 min şikayət daxil olub.

"Kanebo"nun yaydığı press-relizdə bildirilir ki, hələ iyulda məhsulları bazardan yığışdırmağa başlayıblar. Bu günlərdə proses tamamilə yekunlaşacaq.

Kosmetik vasitə səpki, ləkə və digər fəsadlar yaradırmış (NHK).

"Kanebo" bildirib ki, 54 adda məhsulu bazardan yığışdıracaq. Onların tərkibində 4HPB adlı maddə var və görünür, problemi də elə bu yaradıb. 4HPB şirkətin özünün hazırladığı təbii komponentin sintetik analoqudur. 

Şirkət zərərçəkənlərin tibbi məsrəflərini qarşılamağı vəd edib.//Ann.az

Qaynar.info