Dünya 16:29 28.03.2023

MiQ-29-lar Ukraynaya verilən kimi rus hakerlər Slovakiyaya hücum etdi

Rusiyanın kiberhücumları Slovakiyanın dövlət qurum və idarələrinin bir neçə saytını sıradan çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Vosveteit.sk portalı məlumat yayıb.

Rusiyalı hakerlər Milli Şura, Milli Bank və Müdafiə Nazirliyinin saytlarını hədəfə alıblar. Hücum Slovakiyanın Ukraynaya ilk döyüş təyyarələrini göndərməsindən sonra baş verib.

Portalın yazdığına görə, hakerlərin mesajından kiberhücumun Ukraynaya edilən kömək ilə bağlı olduğu aydın olur.

Bir neçə Slovak saytını sındırmaqla yanaşı, Anonymous RU hakerləri Slovakiyanın Ukraynanı dəstəkləməməsi ilə bağlı xəbərdarlıq da göndəriblər.

"Görünür, bu, DDOS tipli hücumdur. Bu hücum növü üçün xarakterikdir ki, təcavüzkar serverə o qədər çoxlu sorğu göndərir ki, sadə dillə desək, server çökür. Nəticədə internet saytları və internet xidmətləri işləmir”, - portalda qeyd olunub.

Bununla belə, qeyd edildiyi kimi, bu dəfə Slovakiya dövlət qurumlarının və özəl şirkətlərin internet saytlarının hücumuna məruz qaldığı yanvarda baş verən kimi kütləvi kiberhücumun qarşısını ala bilib.

Xatırladaq ki, martın 17-də Slovakiya hökuməti fövqəladə onlayn iclasda 13 MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsi barədə qərar qəbul edib. Onlardan ilk dördü artıq Ukraynaya göndərilib.

Alpər