Xəbər lenti

Şmıqal: Müharibədən sonra Ukraynada hərbi xidmətə çağırış olmayacaq, amma…
Dünya11:22 06.07.2023

Şmıqal: Müharibədən sonra Ukraynada hərbi xidmətə çağırış olmayacaq, amma…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibə başa çatdıqdan sonra Ukrayna əvvəllər mövcud olan formada çağırışdan imtina edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib. O qeyd edib ki, əsas vəzifə Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün aspektlərdə: texnika və silahlardan tutmuş planlaşdırma və təhlilə qədər NATO standartlarına keçidini başa çatdırmaqdır. 
Baş nazir qeyd edib ki, müharibə başa çatdıqdan sonra Ukrayna əvvəllər mövcud olan formada hərbi xidmətə çağırışdan imtina edəcək. "Müdafiənin əsasını peşəkar ordu təşkil edəcək. Eyni zamanda, ehtiyatın iki komponenti yaradılacaq. Hərbi xidmətə cəlb olunanların hamısı müəyyən hərbi ixtisaslar üzrə mütəmadi olaraq məcburi təlimlərdən keçəcək", - Şmıqal ətraflı şəkildə bildirib.
Rəsminin sözlərinə görə, yeni Ukrayna ordusunun digər tərkib hissəsi hərbi sənaye kompleksinin inkişafıdır. O qeyd edib ki, Ukrayna artıq aktiv şəkildə silah və texnika istehsalını artırır, yeni proqram və layihələrə start verir.
Hökumət başçısı həmçinin qeyd edib ki, özəl biznes hərbi sənaye kompleksində dövlətin tamhüquqlu tərəfdaşına çevrilməlidir. "Beynəlxalq tərəfdaşlarla aktiv qarşılıqlı əlaqəni və uzunmüddətli büdcə planlamasını ehtiva edən yeni müdafiə təchizatı sistemi yaradılacaq", - Şmıqal deyib.
Bundan əlavə, o qeyd edib ki, hakimiyyət hərbi-vətənpərvərlik tərbiyəsi və milli müqavimət sisteminin inkişafı məsələlərini müzakirə edir. 
Baş nazir Şmıqal ilk dəfə olaraq 2022-ci ilin sentyabrında Ukrayna ordusunun gələcəyi ilə bağlı fikirlərini açıqlayıb. Sonra bəyan edib ki, bütün vətəndaşlar, ən azı, bütün kişilər hərbi xidmətə mükəlləf olmalıdırlar, həmçinin müvafiq kurslardan keçməlidirlər.
O, həmçinin qeyd edib ki, müharibə göstərdi ki, müəyyən yaşda olan kişilər sadəcə olaraq 2-3 aylıq hazırlıq kursları keçməlidirlər və həyatları boyu hər 10 ildən bir müəyyən fasilələrlə belə 2-3 aylıq hazırlıq kurslarını təkrarlamalıdırlar.
Alpər