Ukraynaya hərbi əməliyyatlar nəticəsində indiyədək dəyən zərər 700 milyard dollara çatıb. Sentyabrdan bəri bu məbləğ ölkənin infrastrukturuna hücumlar səbəbindən iki dəfə artıb.
Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, bu barədə baş nazir Denis Şmıxal Nazirlər Kabinetinin iclasında
bildirib.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, Şmıxal yaxın vaxtlarda Rusiya banklarından müsadirə olunan vəsaitlərdən istifadə etməklə Ukraynanı bərpa etməyə başlamaq planlarını açıqlayıb. Onun sözlərinə görə, bunun üçün xüsusi hesabda 17 milyard qrivna (təxminən 462,5 milyon dollar) var. Prioritet məqsəd dağılmış evlərin bərpası olacaq, - Şmıxal vurğulayıb. 2023-cü il üçün ölkənin büdcəsinə ictimai binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri və müvəqqəti köçkünlərin mənzil təminatı üçün 35,5 milyard UAH (təxminən 952,3 milyon dollar) daxildir.
Baş nazir ölkənin yenidən qurulmasını 2023-cü il üçün on prioritetdən biri adlandırıb. Qalanları Ukrayna Silahlı Qüvvələrinin təchizatı, Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası, döyüş veteranlarına dəstək proqramı, enerjinin şaxələndirilməsi, tələbələrin təhlükəsizliyi, mərkəzsizləşdirmə islahatının davam etdirilməsi, fond bazarı və pensiyalardır.
Alpər