Yunanıstanın qərbində yerləşən Paxos adasında içərisində 50-yə yaxın qanunsuz miqrantın olduğu qayıq batıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həyatını itirib. Qayıqdakı digər miqrantların "112 Avropa" fövqəladə hallar xəttinə zəng vurmalarının ardınca hadisə yerinə kömək göndərilib və 21 nəfəri xilas etmək mümkün olub.
Qayıqda dəqiq neçə nəfərin olduğuna dair məlumatlar olmaması səbəbindən dənizdən və havadan itkin düşənlərin axtarışı davam etdirilir.
Camal