Miqrantları daşıyan daha bir gəmi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, hadisə Mərakeşin şimal-şərq sahillərində - Nodar yaxınlığında baş verib.
İçərisində 24 mərakeşli miqrantın olduğu kiçik gəmi İspaniyaya üzürmüş. Gəmidən cəmi 4 nəfər xilas edilib. 20 nəfər isə itkin düşüb.
İspaniyanın Kral Donanması bu həftə ərzində Alboran dənizi, körfəz və Atlantika sularında 500-dən artıq insanı ölümdən qurtarıb.