Xəbər lenti

Miqrant gəmisi batdı: 25 nəfər itkin düşdü
Dünya11:17 30.07.2020

Miqrant gəmisi batdı: 25 nəfər itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tunisdən İtaliyaya qanunsuz yolla miqrantları daşıyan gəmi Əl-Mehdiyyə şəhəri yaxınlığında batıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Tunisin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada gəmidə 26 nəfərin olduğu və hadisədən sonra 25 nəfərin itkin düşdüyü bildirilib. Tunisin Dəniz Qüvvələri miqrantların axtarışına başlayıb.
Qeyd edək ki, Afrikanın şimalında yerləşən Tunis və Liviya kimi ölkələr qanunsuz yolla Avropaya getməyə çalışan miqrantların çıxış nöqtəsidir.
Camal