Puşkin adına Moskva Şeremetyevo Beynəlxalq Hava Limanında tikinti işçiləri iğtişaş təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Baza”nın məlumatında deyilir.
"Telegram” kanalının verdiyi məlumata görə, bu səhər B sərnişin terminalında uçuş-enmə zolağının təmirində iştirak edən, inşaat sahəsinə toplaşan 100-dən çox inşaatçı işləməkdən boyun qaçıraraq normadan artıq iş üçün pul təzminatı tələb edib.
"Hələlik ciddi toqquşmalar baş verməyib", - ictimaiyyətin üçün mesajda deyilir.
Buna baxmayaraq, hadisə yerində növbədə olan polis və Rosqvardia əməkdaşları bir neçə nəfəri saxlayıblar. Hazırda qiyam qaldırmış inşaatçıları işə götürən şirkət rəhbərliyinin nümayəndələri etirazçılarla danışıqlar aparırlar. Ancaq problem hələ həll olunmayıb.
Alpər