Xəbər lenti

Miqrantları daşıyan gəmi batdı: 45 nəfər öldü
Dünya06:45 28.05.2016

Miqrantları daşıyan gəmi batdı: 45 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın Hərbi Dəniz Qüvvələri cümə günü Aralıq dənizində növbəti gəmi qəzası nəticəsində ölən 45 miqrantın meyitini aşkar edib.

Qaynarinfo.az report-a istinadən bildirir ki, qəza zamanı onlarla insan itkin düşüb.

"Vega" gəmisi batmaqda olan qayıqdan 135 miqrantı xilas edib. 45 meyit aşkar edilib, axtarışlar davam edir", - deyə İtaliya HDQ-nin "twitter" mikrobloqunda qeyd olunub.

Bu, son üç gün ərzində üçüncü gəmi qəzası olub.

Qaynarinfo.az