Xəbər lenti

Miqrantların bir hissəsi Rusiyadan çıxarılır
Dünya08:28 31.10.2013

Miqrantların bir hissəsi Rusiyadan çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada miqrasiya qanunvericiliyinin müxtəlif pozuntularına görə saxlanılan qeyri-leqal miqrantların bir hissəsi məcburi olaraq vətənlərinə yola salınır.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə RF Məhkəmə İcraçıları Federal Xidmətinin (MİFX) paytaxt idarəsindən bildiriblər.

Məlumatda deyilir: "Bu gün yeddi nəfər məhkəmənin qərarı ilə Rusiyadan çıxarılacaq. Çıxarılma MİFX-nin Moskva İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək".

Qaynar.info