Avropa İttifaqı miqrantların bölüşdürülməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, artıq 4 ölkədə (İtaliya, Almaniya, Fransa və Malta) xilas edilmiş miqrantlarla əlaqəli iş görüb. Beləliklə, xilas edilən 213 miqrant yenidən bölüşdürüəcək. Həmçinin yeni mexanizm Lampedusa sahillərindən 2 kilometr aralıda üzən gəmidəki 140 nəfərə də şamil ediləcək. Artıq 4 ölkə bu barədə sazişi imzalayıb.
Detallar tam açıqlanmasa da, müqavilənin müəyyən müddət üçün keçərli olduğu və yalnız dənizdə xilas edilən miqrantlara tətbiq ediləcəyi qeyd olunub.