Xəbər lenti

Mirça Rednik yenidən “Xəzər Lənkəran”da - ŞOK QƏRAR
İdman12:27 19.05.2014

Mirça Rednik yenidən “Xəzər Lənkəran”da - ŞOK QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mirça Rednik yenidən “Xəzər Lənkəran”a qayıdır.

Qaynar.info  Apasport.az saytına istinadən  xəbərinə görə, 52 yaşlı mütəxəssis “ağ-yaşıllar”la ortaq məxrəcə gəlib. “Prosport”un iddiasına əsasən, tərəflər arasında ilkin razılıq əldə olunub.  

Rumıniya mətbuatı iddia edir ki, Rednik ölkəmizdə ilinə 2 milyon dollar qazanacaq. Bununla, mütəxəssis həmyerliləri arasında 3 ən yüksək ödənişli məşqçidən biri olacaq.

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi ildə 3,5 milyon avro qazanan Kosmin Olaroyu ("Əl-Əhli”) və Mirça Luçeskudan (Şaxtyor) geri qalacaq.

Qeyd edək ki, Rednik bu il aprelin 9-da, ad günündə “Gent”in baş məşqçisi postundan kənarlaşdırılıb. Buna 7 ay klubda çalışan mütəxəssisin komandanı pley-offa çıxara bilməməyi səbəb olub.

Qaynar.info