Xəbər lenti

Mis mədəni çökdü, 80 nəfər öldü
Dünya14:34 29.06.2019

Mis mədəni çökdü, 80 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konqo Demokratik Respublikasında mis mədəni çküb.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə mədənin mülkiyyətçisi İsveçrənin Glencore şirkəti məlumat yayıb.
Rəsmi məlumata görə, Kolvezi rayonunda baş verən hadisə nəticəsində 43 nəfər ölüb. Mis mədənlərinin yerləşdiyi Lulaba əyalətinin qubernatoru Riçard Muyej bəyan edib ki, bir gün əvvəl baş vermiş qəzada 36 nəfərin öldüyü bildirilirdi, lakin iyunun 29-da daha 7 fəhlənin meyitləri torpağın altından çıxarılıb. 
Qırmızı Xaç cəmiyyətinin və vətəndaş cəmiyyətinin nümayəndələri isə ölənlərin sayının 80 nəfər olduğunu bildiriblər.
Qeyd olunub ki, mis və kobalt ilə zəngin olan bu bölgədə mədəndə çalışan fəhlələrin əksəriyyəti qanunsuz işə götürülüblər. Burada 2 mindən çox insanın ucuz işçi qüvvəsi kimi mədənlərdə işlədiyi məlumatları var. May ayında da mis mədənində torpağın çökməsi nəticəsində 39 nəfər həyatını itirmişdi.