Xəbər lenti

Mişel Obama Netflix-də uşaqlar üçün şou hazırlayacaq
Dünya09:54 10.02.2021

Mişel Obama Netflix-də uşaqlar üçün şou hazırlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama sağlam qidalanma ilə bağlı yeni "Waffles + Moti" adlı ailə şousunda iştirak edəcəyini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, şou 16 martda Netflix-də yayımlanacaq.
Obama dünyanın müxtəlif yerlərinə məxsus reseptlərlə faydalı və ləzzətli yeməklər bişirəcək. O, ümid edir ki, şousunun sayəsində uşaqlar sağlam qidalanma vərdişlərini inkişaf etdirə biləcəklər.
Bundan əvvəl Barak və Mişel Obamanın istehsal şirkəti High Ground Productions Netflix ilə birlikdə hazırlanacaq altı layihənin yaradılacağını elan etmişdi. Bu layihələrə 4 bədii film, bir neçə sənədli film və bir serial daxildir. 
Bütün bunlar yaxın bir neçə ildə yayımlanacaq.
Alpər