Xəbər lenti

Mişel Obama prezidentliyə namizəd olmayacaq
Dünya18:56 16.03.2016

Mişel Obama prezidentliyə namizəd olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama prezidentliyə namizədliyini irəli sürməyəcək.
Bu barədə M. Obama “South by Southwest” (SXSW) festivalının iştirakçıları ilə görüşündə bildirib.
“Mən gənc insanlarla işimə prezident qismində olmasam da davam edəcəm. Vacib işləri görmək üçün ABŞ prezidenti olmaq lazım deyil. Bəzən Ağ Evdən kənarda, bu cür məhdudiyyətlər və kameralar olmadan da böyük işlər görmək olar. Və bu eləcə də sizə aiddir”, - deyə birinci xanım söyləyib. (qafqazinfo)
Qaynar.info