Misirdə Qahirə Cəza Məhkəməsi 164 nəfəri terror siyahısına əlavə edib.
Qaynarinfo xəbər verir ki, siyahıda Əl Cəmaa Əl İslamiyyə təşkilatının rəhbər şəxsləri, siyasətçilər Asim Əbdülməcid, Məhəmməd Əl İslambuli, sabiq prezident Ənvər Sədat sui-qəsdində ittiham edilən Tarik Əz Zumur, müxalif Əl İstiqbal Partiyasının rəhbəri Məcdi Hüseyn də var.
Qeyd edək ki, qərarın səbəbi kimi dövlətin terrorla mübarizəsi, terror təşkilatlarına maddi dəstəkləri müəyyənləşdirmək göstərilir.
Gülşən