Misirin keçmiş prezidenti Hüsnü Mübarək mühakimə olunduğu maddələrdən bəraət alıb. Axar.az xəbər verir ki, Qahirə məhkəməsi 2011-ci ildə ən az 1400 adamın həyatını itirdiyi hadisələrdə nümayişçilərin öldürülməsi əmrini verən və korrupsiyada ittiham edilən Hüsnü Mübarək barəsində bəraət qərarı çıxarıb.
Lakin eks-prezidentin sərbəst buraxılmayacağı bildirilib. Hüsnü Mübarək daha öncə başqa bir korrupsiya iddiası ilə üç il həbs cəzasına məhkum edilib.
Qaynar.info