Sudandakı Meroe Hərbi Hava Qüvvələri bazasında yerləşdirilən Misir hərbçiləri bazaya Sudanın Çevik Reaksiya Qüvvələrinin yaraqlı qruplaşması tərəfindən basqın edildikdən sonra vətənə qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” "The Guardian"a istinadən
yazıb.
Onlarla Misir əsgəri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Komitəsinə təhvil verildikdən sonra vətənlərinə dönüb.
Misir əsgərləri Sudan və Misir arasındakı razılaşmanın bir hissəsi olaraq Sudan ordusuna təlim keçdiyi Meroe Hərbi Hava Qüvvələri bazasında yerləşdirilib.
Sudanda vəziyyət aprelin 15-də Xartumda və bəzi digər şəhərlərdə ordu ilə RRF arasında ağır silahların tətbiqi ilə toqquşmaların başlaması ilə daha da mürəkkəbləşib. RRF komandanlığının bəyanatlarında bildirilir ki, hazırkı vəziyyət silahlı qüvvələr heç bir xəbərdarlıq etmədən Xartumun cənub ətraflarında yerləşən bazalarından birini mühasirəyə aldıqdan sonra yaranıb. Ordu komandanlığı öz növbəsində öz hərəkətlərini RRF-nin son vaxtlar hərbçilərlə heç bir koordinasiya olmadan bir neçə dəfə hərəkətə keçməsi ilə izah edib.
Artıq 600-dən çox adam ölüb, minlərlə insan yaralanıb. Atəşkəs rejiminə nail olmaq cəhdlərinə baxmayaraq, qarşı tərəf döyüşləri dayandırmır.
Alpər
Şərhlər