Xəbər lenti

Misir ordusundan prezidentə: "Ölümə hazırıq"
Dünya05:29 03.07.2013

Misir ordusundan prezidentə: "Ölümə hazırıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir ordusunun baş qərargah rəisi general Əbdülfəttah əl Sisi Facebook səhifəsindən ordunun ölümə hazır olduğunu bildirib. 

Misir Silahlı Qüvvələrinin Ali Şurasının rəsmi Facebook səhifəsi vasitəsilə açıqlama verən əl Sisi "Son saatlar" adlı yazısında, "Allaha and içirik ki, Misir və onun xalqının terrorçulardan, radikallardan və axmaqlardan qorumaq üçün qanımızı da qurban edəcəyik" yazıb. 

Prezident Məhəmməd Mursi isə verdiyi açıqlamasında ordunun müdaxilə edəcəyi çağırışına cavab verərək geri addım atmayacağını bildirərək, özünü  qanuni hakimiyyətin qoruyucusu adlandırmışdı. 

Qaynar.info