Xəbər lenti

Misir polisi israilli turistlərə atəş açdı: Ölənlər və yaralananlar var
Dünya09:47 08.10.2023

Misir polisi israilli turistlərə atəş açdı: Ölənlər və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobusa atəş açılıb, iki nəfər ölüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin "Walla!" saytı məlumat yayıb. 
Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi vəziyyətdən xəbərdardır.
RT ərəb saytının Misir təhlükəsizlik xidmətindəki mənbələri məlumatı təsdiqləyib. Onların sözlərinə görə, polis əməkdaşı "ehtiyatsızlıqdan" silahından atəş açıb. Həmin polis artıq saxlanılıb. 
Yaralıların sayı barədə məlumat verilmir. İsrail rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.
Lakin bəzi xarici KİV-lərin məlumatına görə, 3 nəfər - iki israilli və bir misirli həlak olub. Başqa mənbələrin məlumatına görə, 6 nəfərin öldüyünü bildirir. Daha bir neçə nəfər yaralanıb.
Aydın