Bu gün səhər Misirin İsgəndəriyyə hava limanından sərnişin təyyarəsinin qaçırılması ilə bağlı ilginc məlumatlar açıqlanıb. İsgəndəriyyədən Qahirəyə uçmalı olan təyyarədə 62 nəfər olub (55 sərnişin və 7 ekipaj üzvü).
Təyyarəni qaçıran şəxs onun Cənubi Kiprin Larnaka hava limanına enməsini tələb edib. Daha sonra isə o əksər sərnişinləri azad edib.
Artıq təyyarəni qaçıran şəxsin kimliyi müyyənləşib. Qaynar.info xəbər verir ki, bu Seif Eldin Mustafadır. Misir vətəndaşı olan bu şəxs İsgəndəriyyə Universitetinin Baytarlıq faküləsinin professorudur.
Cənubi Kipr prezidenti Nikos Anastasiadis təyyarənin qaçırılımasının terror aksiyası olmadığını bildirib: "Terrorçu deyil, axmaqdır".
Artıq hadisənin səbəbi də açıqlanıb. Seif Eldin Mustafanın məqsədi Cənubi Kiprdə yaşayan keçmiş həyat yoldaşı Marina Paraskosla görüşmək olub. O, həyat yoldaşına çatdırılmaq üçün azad etdiyi girovlardan birinə 4 səhifəlik məktub verərək yerli polisə çatdırılmasını istəyib. Professor həmçinin Cənubi Kipr rəhbərliyindən sığınacaq istəyib.
Azad olunan sərnişinlər də Seif Eldin Mustafanın terrorçu olmadığını, sadəcə həyat yoldaşı ilə əlaqə yaratmaq. Polis Marina Paraskosu hava limanına gətirib.
Misir Xarici İşlər Nazirliyinin sözcüsü isə bildirib ki, Seif Eldin Mustafa İstanbula getmək və burda sığınacaq almaq istəyir: "O, terrorçu deyid, axmaqdır. Terrorçular manyak olur, amma bu qədər axmaq olmur. Bu adam isə axmaqdır".
Qeyd edək ki, Misir Hava Yollarına məxsus təyyarə İsgəndəriyyədən Qahirəyə uçarkən qaçırılıb. Təyyarə daha sonra Cənubi Kiprin Larnaka hava limanına endirilib. Əvvəlcə təyyarədə silahlı terrorçuların olduğu bildirilsə də, sonradan hadisənin əsl səbəbi üzə çıxıb.
Bəzi mənbələrin iddiasına görə, təyyarədə bomba olduğu barədə xəbərlərdən sonra İsrail hərbi təyyarələrini havaya qaldırıb.
Qaynar.info