
Misir ölkənin daxili işlərinə qarışdığına görə, Türkiyəni qondarma Erməni soyqırımına imza atacağı ilə hədələyib.
Anspress-in verdiyi məlumata görə, bu barədə Misirin müvəqqəti prezidenti Adlı Mənsur "Twitter" sosial şəbəkəsindəki hesabında məlumat yayıb:
"Misirin BMT-dəki nümayəndəliyi bir milyon erməninin öldüyü və Türkiyə rəsmiləri tərəfindən törədilən qondarma "erməni soyrımı"nı təsdiqləyən sənədi imzalayacaq".
Xatırladaq ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misir ordusunun öz xalqına qarşı soyqırım törətdiyini demişdi.
Qaynar.info