
Misir prezidenti Məhəmməd Mursi ölkədə növbəti kadr dəyişikliyi edib.
Belə ki, prezident ölkədə ayrı-ayrı rayonlara 17 qubernator təyin edib. Lakin prezidentin ölkədə etdiyi bu dəyişikliklər xalqın narazılığı ilə qarşılanıb.
Əsas narazılıq isə Luksor vilayətində müşahidə olunub. Luksora təyin edilən Adel Əsəd Məhəmməd vaxtilə ölkədə fəaliyyət göstərən ekstremist qruplaşma rəhbəri olub. Xalq hökumətdən qubernatorun vəzifədən azad edilməsini tələb edir. Onlar bildirirlər ki, əks halda ölkədə qiyam qaldıracaqlar.
"Reuters"in məlumatına görə, hazırda ölkənin bəzi yerlərində etiraz aksiyaları start götürüb. //Aznews
Qaynar.info